“Perfeksionizm motivasiya yaratsa da, psixoloji riskləri artırır” - Psixoloqdan AÇIQLAMA

“Perfeksionizm motivasiya yaratsa da, psixoloji riskləri artırır” - <span class="text-danger">Psixoloqdan AÇIQLAMA</span>

Müasir dövrdə yüksək nəticə əldə etmək istəyi, rəqabət mühiti və sosial şəbəkələrin təsiri insanların özlərinə qarşı gözləntilərini artırır. 

Psixoloqlar bildirirlər ki, müəyyən həddə qədər inkişafı stimullaşdıran perfeksionizm ifrat formada psixoloji sağlamlıq üçün risk faktoruna çevrilə bilər. 

Son illərdə aparılan beynəlxalq araşdırmalar da göstərir ki, xüsusilə gənclər arasında perfeksionist düşüncə tərzi əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Britaniyalı tədqiqatçılar Thomas Curran və Andrew P.Hill tərəfindən aparılan genişmiqyaslı araşdırmada 1989–2016-cı illər ərzində ABŞ, Böyük Britaniya və Kanadada 41 mindən çox universitet tələbəsinin göstəriciləri təhlil edilib. Nəticələrə əsasən, həm özünə qarşı yüksək tələblər, həm də cəmiyyətin insanlardan gözləntiləri illər ərzində davamlı şəkildə yüksəlib. Mütəxəssislər bunu artan rəqabət, sosial media təsiri və müasir həyat tərzi ilə əlaqələndirirlər.

Beynəlxalq Psixologiya Assosiasiyalarının və müxtəlif elmi araşdırmaların nəticələri göstərir ki, qeyri-sağlam perfeksionizm narahatlıq pozuntuları, depressiya, emosional tükənmişlik və özünəinamın zəifləməsi ilə sıx əlaqəlidir. Mütəxəssislərin fikrincə, insanın öz dəyərini yalnız qüsursuz nəticələrlə ölçməsi uzunmüddətli psixoloji gərginlik yarada bilər.

Sosial şəbəkələr və rəqabət mühiti perfeksionizmi artırır

Ekspert-psixoloq Şəhla Abdulova EDnews-a açıqlamasında bildirib ki, müasir dövrdə insanların özlərini başqaları ilə müqayisə etməsi perfeksionizmin artmasına səbəb olan əsas amillərdən biridir.

Onun sözlərinə görə, xüsusilə sosial media platformalarında ideal həyat tərzinin nümayiş etdirilməsi insanlarda hər sahədə qüsursuz olmaq istəyi yaradır.

Ekspert qeyd edib ki, bu düşüncə tərzi zamanla insanın psixoloji balansına mənfi təsir göstərir:

“İnsan əldə etdiyi uğurları qiymətləndirmək əvəzinə diqqətini yalnız çatışmayan tərəflərə yönəldir. Bu isə davamlı narazılıq hissi yaradır. Perfeksionist insanlar çox vaxt uğurlarını kifayət qədər dəyərli hesab etmir və hər dəfə özlərindən daha artıq nəticə gözləyirlər. Bu da emosional gərginliyin artmasına səbəb olur”.

Perfeksionizm motivasiya yaratsa da, həddi keçdikdə risk yaradır

Şəhla Abdulovanın sözlərinə görə, perfeksionizm tamamilə mənfi xüsusiyyət hesab olunmur. Müəyyən həddə qədər bu xüsusiyyət insanın məsuliyyət hissini artırır, planlı işləməsinə və keyfiyyətli nəticə əldə etməsinə kömək edir.

Lakin gözləntilər real imkanları üstələdikdə vəziyyət dəyişir.

“İnsan özündən daim qüsursuz nəticə tələb etdikdə ən kiçik səhvi belə uğursuzluq kimi qəbul edir. Nəticədə stress artır, narahatlıq yaranır və insan öz potensialından istifadə etməkdə çətinlik çəkir. Bəzi hallarda isə bu vəziyyət işləri davamlı təxirə salmağa və qərar verməkdə çətinliklərə səbəb olur”.

Uşaqlıqdan formalaşan psixoloji xüsusiyyət

Mütəxəssis bildirir ki, perfeksionizm bəzən uşaqlıq dövründə formalaşmağa başlayır. Valideynlərin və müəllimlərin yüksək gözləntiləri, uşağın yalnız uğurlarına görə qiymətləndirilməsi gələcəkdə onun özünə qarşı həddindən artıq tələbkar olmasına səbəb ola bilər.

Ekspert hesab edir ki, uşaqlara səhv etməyin inkişaf prosesinin təbii hissəsi olduğu aşılanmalıdır. Əks halda, insan böyüdükcə uğuru deyil, yalnız qüsursuzluğu hədəf seçir.

Sağlam yanaşma psixoloji rifahı qoruyur

Psixoloqun fikrincə, sağlam psixoloji inkişaf üçün insan özünü yalnız nəticəyə görə deyil, göstərdiyi səyə və qazandığı təcrübəyə görə də qiymətləndirməyi bacarmalıdır.

Şəhla Abdulova hesab edir ki, əsas məqsəd mükəmməl olmaq deyil, davamlı inkişaf etməkdir. Onun sözlərinə görə, real hədəflərin müəyyənləşdirilməsi, səhvlərin öyrənmə prosesinin bir hissəsi kimi qəbul edilməsi və özünü başqaları ilə deyil, əvvəlki nəticələri ilə müqayisə etmək psixoloji sağlamlığın qorunmasına kömək edən əsas amillərdəndir.

Fidan Abdullayeva

Xəbər xətti

"Netanyahu BOSUN KİM OLDUĞUNU YAXŞI BİLİR"- TRAMPDAN ŞİLLƏ KİMİ CAVAB
22:25
Mərakeş hesabı açdı - Yenilənir
22:19
ABŞ İranla 11 iyulda nələri müzakirə edəcək? - AÇIQLANDI
22:15
Bu təsdiqlənməsə, Pezeşkian istefa verəcək
22:13
Çin eyni raketlə orbitə 13 peyk göndərdi
22:10
Türkiyə və Qətər arasında kritik telefon danışığı
22:08
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
22:06
Avropada ölüm saçan istilər: Qurbanların sayı artır
22:03
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
21:59
Trampdan ŞOK AÇIQLAMA: "DƏFNDƏ HAMINI MƏHV EDƏ BİLƏRİK, AMMA..."
21:55
Şahbaz Şərif: "Münaqişənin bir HƏLL YOLU VAR O DA..."
21:45
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib
21:39
ŞAHZADƏDƏN FUTBOLLA bağlı ETİRAF
21:31
"Mizahın zəkası, yoxsa təhqirin asanlığı?" - Mevlüt Yeni yazır...
21:30
75 kq narkotikin üzərinə Zelenskinin fotosu vurub gömrükdən keçirmək istədilər
21:28
Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?
21:21
Zəngilanda bir nəfərin çayda boğulduğu bildirilir
21:14
Qəza vaxtı Amalın qanında narkotik olub? - AÇIQLANDI
20:58
Uitkoff və Kuşner Rusiyaya nə vaxt səfər edəcək?
20:46
Ağdamda övladları ilə batan şəxs ŞƏHİD ÖVLADI OLUB - FOTO - YENİLƏNDİ
20:41
İt diləyən burunu yenidən yaratdılar - Azərbaycanda unikal əməliyyat
20:27
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı: GÖRÜN KİM İMİŞ
20:08
SON DƏQİQƏ! Ukrayna BU ƏRAZİLƏRİ İTİRDİ
20:01
Qazaxda FACİƏ: Maşın 67 yaşlı qadını vurdu
19:44
Mali ordusu vəziyyəti nəzarətə götürdü
19:29
Gecəsi 1 milyon dollara başa gələn tətil üçün Türkiyəyə yollandı
19:16
Ermənistan müxalifətinin iddiaları RƏDD EDİLDİ
19:06
Şahbaz Şərif Ərdoğanla görüşdü - FOTO
18:56
ABŞ və İran nümayəndə heyətlərinin növbəti görüşü olacaq: MƏKAN VƏ TARİX
18:34
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
18:12
Fransa–Paraqvay matçında REKORD İSTİLƏR OLACAQ
17:59
İsmayıllıda ağır qəza - POLİS ARAŞDIRMALARA BAŞLADI
17:51
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
17:41
Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
17:31
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN EDİLİB
17:21
CHP-də daha bir istefa: Adnan Beker partiyadan ayrıldı
17:11
Macarıstan prezidenti ilə bağlı KRİTİK QƏRAR
16:51
İstanbuldan Rusiyaya uçan təyyarə geri qayıdır
16:41
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ VERİLDİ
16:31
Gürcüstanda Azərbaycan vətəndaşları SAXLANILDI
16:11
Erməni lobbisi Əkrəm Əylisliyə mükafat verilməsinə dəstək göstərib?
16:00
Laçına dolu düşüb - FAKTİKİ HAVA
15:50
Nebahat Çehre yenidən seriallara qayıdır
15:30
Müayinə üçün xəstəxanaya getdi - ÖLDÜ
15:20
Paytaxtda yük maşını yanıb
14:58
Sahildə çəyirtkə görüntüləri yayıldı: Rəsmi qurumdan cavab
14:48
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçur
14:38
Bakıda MƏNZİLDƏN MEYİT TAPILDI
14:20
Zaur Kamal qəzaya düşdü - FOTO
14:13
İstanbulun bir hissəsini su basdı
14:09
Gürcüstanda 50 əcnəbi vətəndaş SAXLANILDI- AZƏRBAYCANLILAR DA VAR...
14:02
Salah "son rəqs" üçün Ronaldo, Messi, Neymar və Keyn arasından ONU SEÇDİ
14:00
Azərbaycanda zəlzələ baş verdi
13:51
Zelenski Ukraynanın Sankt-Peterburq yaxınlığındakı neft terminalına və Kronştadta zərbələrini təsdiqləyib
13:47
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın vəfat edib
13:43
Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib
13:39
Sükan arxasında VƏFAT ETDİ
13:30
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
13:20
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
13:19
Bazar günü çimərliklərə GEDƏNLƏRİN NƏZƏRİNƏ!
13:14
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR