CHP Ankara millət vəkili Adnan Beker partiya üzvlüyündən istefa etdiyini açıqlayıb.
EDnews xəbər verir ki, Beker bu barədə sosial media hesabında paylaşım edib. O, Cumhuriyet Halk Partisində “şəxsi hesabların və hüquqsuzluğun hakim olduğunu” iddia edərək, mövcud struktur daxilində siyasi mübarizə aparmağın ölkəyə və xalqa fayda verməyəcəyi qənaətinə gəldiyini bildirib.
Beker açıqlamasında bundan sonra fəaliyyətini müstəqil Ankara millət vəkili kimi davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, Adnan Beker daha əvvəl Ankara Böyükşəhər Bələdiyyə Məclisində İYİ Parti qrup sədr müavini vəzifəsində çalışıb. O, həmçinin TOBB Yüksək Məşvərət Şurasının üzvü, Ankara Ticarət Palatası Məclisinin üzvü olub, petrol, tikinti və enerji sektorlarında fəaliyyət göstərib.
Xatırladaq ki, bir müddət öncə İstanbul millət vəkili Nimet Özdemir və Sakarya millət vəkili Ümit Dikbayır da CHP-dən ayrılıb. Ümit Dikbayırın istefasından sonra CHP-nin parlamentdəki mandat sayının 136-ya düşdüyü bildirilib.
Son istefadan sonra CHP-nin TBMM-dəki deputat sayının 135-ə enib.







