Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə akademiya illərində birlikdə çalışan Soner Arın vəfat edib.
EDnews xəbər verir ki, bu barədə MHP məlumat yayıb.
Açıqlamada Soner Arının Ülküçülük hərəkatının önəmli simalarından biri olduğu bildirilib.
Qeyd olunub ki, o, Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında gənclər təşkilatlanmasında fəaliyyət göstərib.
Soner Arın həmçinin Ülkü Ocaklarının Nevşehir təşkilatının sədri və Ülkü Ocakları Baş Qərargahının rəhbərliyində təmsil olunub.
MHP-nin açıqlamasında Arının Devlet Bahçeli ilə akademiya illərində birlikdə çalışdığı və hərəkat qarşısında böyük xidmətləri olan şəxs kimi xatırlandığı vurğulanıb.
Aytac Kərimova | EDnews







