Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib.
EDnews-un məlumatına görə, hadisə şəhər ərazisindəki xəstəxanalardan birində baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Z.Cəfərova xəstəxanaya müayinəyə gedib. O, qəbul şöbəsində olarkən qəfil halı pisləşib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.
İlkin ehtimala görə, qadın infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.








