Zəngilan rayonunda bir nəfərin suda boğulduğu bildirilir.
EDnews xəbər verir ki, ilkin məlumata görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Bildirilir ki, bir kişi çayda boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.







