ABŞ Prezidenti Donald Tramp İranın keçmiş Ali lideri Əli Xameneinin dəfn mərasimini izləyir.
EDnews xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbəsinə istinadən yazır.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ və İran Xameneinin dəfni ilə bağlı tədbirlər başa çatana qədər danışıqlarda bir həftəlik fasilə vermək qərarına gəliblər.
Qeyd olunur ki, Tramp dəfn mərasimində bəzi iranlıların ağladığını görəndə təəccüblənib. Onun fikrincə, insanlar Xameneiyə nifrət ediblər.
Nəşr Trampın bu sözlərini sitat gətirir: "Bəlkə də bu, saxta göz yaşlarıdır".
İyulun 4-dən 6-dək Tehranda ayətullah ilə vida mərasimi keçirilir. İslam Respublikasının qurucusu İmam Xomeyni kompleksi insanları kollektiv namaz üçün qəbul edəcək. İyulun 6-da İranın paytaxtında dəfn yürüşü baş tutacaq.
İyulun 7-də Xameneinin cənazəsi Qum şəhərinə aparılacaq, iyulun 8-də isə İraqın Kərbəla və Nəcəf şəhərlərində dəfn yürüşü keçiriləcək. Növbəti gün cənazə yenidən İrana qaytarılacaq və doğma Məşhəd şəhərində dəfn olunacaq.







