ABŞ-İsrail hücumu nəticəsində həyatını itirən İranın dini lideri Ayətullah Əli Xamenei üçün Tehranda vida mərasimi keçirilib.
EDnews xəbər verir ki, mərasim Tehrandakı İmam Xomeyni Musalla məscidində təşkil olunub.
Yerli vaxtla saat 06:00-da başlayan mərasimə on minlərlə iranlı qatılıb. Xameneinin tabutunun mərasim mərkəzinə gətirilməsi iştirakçılar arasında kədərli anların yaşanmasına səbəb olub.
Mərasim zamanı ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib. Əraziyə toplaşan insanlar “Ya Hüseyn” nidaları və mərsiyələrlə Xameneilə vidalaşıblar.
Vida mərasimində Qurani-Kərim tilavət olunub. Bəzi iştirakçılar mərasimə yerli geyimlərdə qatılıblar.
Mərasimin axşam saat 20:00-dək davam edəcəyi gözlənilir. Xamenei üçün sabah İmam Xomeyni Musalla məscidində cənazə namazı qılınacaq.
Aytac Kərimova | EDnews







