ABŞ Silahlı Qüvvələri çərşənbə axşamına keçən gecə İrandakı hədəflərə qarşı yeni hücumlara başlayıb.
EDnews-un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"(Bazar ertəsi) Şərq vaxtı ilə saat 16:45-də (çərşənbə axşamı, Bakı vaxtı ilə saat 00:45-red.), CENTCOM bölmələri Ali Baş Komandanın göstərişi ilə ardıcıl üçüncü gecə İrana zərbələr endirməyə başlayıblar", - bəyanatda deyilir.
Komandanlıq qeyd edib ki, bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum qabiliyyətini azaldacaq.







