Türkiyədə son iki həftə ərzində keçirilən genişmiqyaslı narkotik əməliyyatları zamanı 1 780 nəfər saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə Habertürk Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əməliyyatlar 73 vilayəti əhatə edib. Nəticədə 985 kiloqram narkotik vasitə və 1,6 milyondan çox narkotik tərkibli həb müsadirə olunub.
Saxlanılanlardan 935 nəfər həbs edilib, 224 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı istintaq davam edir.







