Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavoduna növbəti dəfə zərbə endirib.
EDnews xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, hücum Krasnodar diyarının Afipski qəsəbəsində baş verib.
Zərbə nəticəsində zavodun ərazisində bir neçə güclü partlayış baş verib və yanğın başlayıb.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat verməyib.







