ABŞ siyasətində diqqətçəkən təyinat olub.
EDnews xəbər verir ki, vəfat edən respublikaçı senator Lindsi Qremin yerinə onun bacısı Darlin Qrem müvəqqəti senator təyin edilib.
Cənubi Karolina qubernatoru Henri Makmaster tərəfindən elan edilən qərar ABŞ Prezidenti Donald Trampın tövsiyəsindən sonra qəbul olunub.
Tramp sosial media hesabında D.Qremin seçilməsinin Lindsi Qremin xatirəsinə hörmət olacağını bildirib. O qeyd edib ki, Lindsi Qrem bacısına böyük dəyər verirdi.
Yeni senator təyinatdan sonra keçirdiyi mətbuat konfransında emosional anlar yaşayıb. O, qardaşının mirasını qoruyacağını bildirib: “Lindsi həmişə mənim yanımda olub, indi mən onun üçün burada olacağam”.
Darlin Qrem qardaşının Senatdakı qalan müddətini başa vuracaq.
Qeyd edək ki, 22 il senator kimi fəaliyyət göstərən Lindsi Qremin ölüm səbəbinin aorta disseksiyası olduğu açıqlanıb.








