İyunun 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınması imtahanının nəticələri açıqlanıb.
EDnews xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 145 namizəd qeydiyyatdan keçib, onlardan 115 nəfəri iştirak edib və yalnız 16 nəfər keçid balını toplaya bilib. Ümumilikdə müvəffəqiyyət göstəricisi 13,91% təşkil edib.
İxtisaslar üzrə nəticələrə əsasən, “Hüquqşünaslıq” istiqamətində 57 namizəddən 10 nəfəri uğur qazanıb (17,54%), “Mühəndislik” üzrə isə 48 nəfərdən yalnız 3 nəfər keçid balını toplayıb (6,25%). “Yanğın təhlükəsizliyi mühəndisliyi” üzrə isə bütün namizədlər imtahandan keçə bilməyib.
“Müəllimlik” ixtisası üzrə 10 nəfərdən 3-ü uğurlu nəticə göstərib, namizədlərin 70%-i isə keçid tələbini ödəyə bilməyib.
Qeyd edilib ki, imtahana dair daha detallı statistika DİM-in rəsmi platformasında təqdim olunub.







