2025-ci ildə 9-cu siniflər üçün keçirilən buraxılış imtahanlarının təhlili zamanı bəzi şagirdlərin oxuyub-yazma bacarığının olmadığı müəyyən edilib.
EDnews xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.
Məlumata görə, imtahanlarda iştirak edən 9-cu sinif şagirdləri arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.
Jurnalda qeyd olunub ki, bu kimi halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında əksini tapmaması faktiki sayın daha çox ola biləcəyi ehtimalını yaradır.
Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belə göstərilib: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər.







