İyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirdikləri əməliyyat-profilaktik tədbirlər zamanı xeyli sayda silah-sursat aşkar edərək götürüblər.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, tədbirlər nəticəsində 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.

.png)





