Koreya Xalq Demokratik Respublikası Böyük Britaniyadakı səfirini geri çağırıb.
EDnews xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qərar Böyük Britaniyanın Şimali Koreyada yerləşən uşaq düşərgəsinə qarşı sanksiyalar tətbiq etməsindən sonra qəbul edilib.
Rəsmi Pxenyanın bu addımı Londonun sanksiya qərarına etiraz kimi qiymətləndirilir.







