Mingəçevirdə özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə şübhəli bilinən şəxs həbs olunub.
EDnews xəbər verir ki, Vasif Haqverdiyev müxtəlif şəxsləri aldadaraq onların pullarını ələ keçirməkdə şübhəli bilinir.
Məlumata görə, o, özünü prokurorluq əməkdaşı kimi təqdim etməklə prokurorluq orqanlarının nüfuzuna da xələl gətirib.
Vasif Haqverdiyev barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
.png)






