Böyük Britaniyada iki sərnişin qatarının toqquşması nəticəsində maşinist həlak olub, 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
EDnews xəbər verir ki, bu barədə Böyük Britaniyanın KİV məlumat yayıb.
Qeyd olunub ki, hadisə Londondan təxminən 100 kilometr şimalda baş verib. Toqquşan hər iki qatar East Midlands Railway şirkətinə məxsus olub və Londonun Sent-Pankras vağzalından yola düşüb.
Sosial şəbəkələrdə sərnişinlərdən biri tərəfindən yayımlanan görüntülərdən məlum olur ki, bir qatarın ön hissəsi digər qatarın arxa hissəsinə çırpılıb. Hadisə yerindən yayılan fotolarda isə ən azı bir vaqonun relsdən çıxdığı görünür.
Böyük Britaniyanın Baş naziri Kir Starmer hadisə ilə bağlı yaydığı bəyanatda həlak olan şəxsin ailəsinə və ağır yaralananlara başsağlığı verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.







