Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
EDnews "Lent.az"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.
Məlumata görə, 19 yaşlı Fuad Babaşov idarə etdiyi “MİNSK D D4” markalı motosikletlə 4 yaşlı Atilla Bağırovu vurub.
Azyaşlı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.







