Rusiya tərəfi Ukrayna Baş Kəşfiyyat İdarəsinin polkovniki Rüstəm Fəxriyevin öldürüldüyünü açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiya güc strukturlarına istinadən məlumat yayıb.
Məlumata görə, Rüstəm Fəxriyev Krım Tatar Xalqı Məclisinin fəalı olub, 2014-cü ildə Krım Nazirlər Şurasının binasını ələ keçirmək cəhdində iştirak edib. Bildirilir ki, o, daha sonra "Əsgər" batalyonunun və "Donbas-Ukrayna" birləşməsinin üzvü olub.
Rusiya tərəfi həmçinin iddia edib ki, Fəxriyev 2025-ci il dekabrın 1-də Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı sui-qəsd cəhdinin təşkilatçısı olub.
Məlumatda Rüstəm Fəxriyevin bu il mayın 18-də öldürüldüyü qeyd edilir.
Qeyd edək ki, məlumat yalnız Rusiya mənbələri tərəfindən yayılıb və hələlik Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.







