Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
EDnews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi səhər saatlarından etibarən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə saatlarında 17-20° isti, gündüz isə 23-28° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-65 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlıq ərazilərdə isə gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə isə 25-28° isti olacaq.







