İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
EDnews xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
29 iyun – 2 iyul tarixlərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında ilk yarış günü təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək. Turnirin görüşləri "Judo TV" vasitəsilə canlı yayımlanacaq.







