İran ABŞ ilə 40 günlük müharibə dövründə daha müasir silahların hazırlandığını açıqlayıb.
EDnews xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü, briqada general-mayoru Əkrəmi Niya bildirib.
Onun sözlərinə görə, müharibənin son günlərində yeni pilotsuz uçuş aparatlarından istifadə olunub və onlar döyüş şəraitində sınaqdan keçirilib.
General qeyd edib ki, Silahlı Qüvvələr, ordu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səviyyəsində daha yüksək keyfiyyətə malik təkmilləşdirilmiş raketlərdən də istifadə edilib.
Əkrəmi Niya vurğulayıb ki, bu, mövcud avadanlıqlardan istifadə olunmasına baxmayaraq, ölkədə tədqiqat və inkişaf sahəsinin diqqətdən kənarda qalmadığını göstərir.







