DÇ-2026-nın qrup mərhələsinin oyunlarından sonra bombardirlik yarışında Argentina millisinin hücumçusu Lionel Messi liderliyini qoruyub.
EDnews xəbər verir ki, təcrübəli futbolçu turnirdə vurduğu 6 qolla siyahının ilk pilləsində qərarlaşıb.
Messini 4 qolla Fransa millisinin futbolçuları Kilian Mbappe və Usman Dembele izləyirlər. Siyahıda həmçinin Braziliya millisinin hücumçusu Vinisius Junior və Norveç yığmasının forvardı Erlinq Haaland da yer alıb.
Qeyd edək ki, hər üç futbolçunun aktivində 4 qol var.







