Abşeron çimərliklərində iyunun 29-na gözlənilən hava şəraiti açıqlanıb.
EDnews xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində cənub-qərb küləyi səhər saatlarından etibarən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 19-20 dərəcə olacağı gözlənilir.
Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.







