Ermənistanda İran sərhədinə yaxın ərazidə yerləşən və beynəlxalq Şimal-Cənub nəqliyyat marşrutunun əsas hissələrindən biri olacaq 7,2 kilometrlik Kacaran tunelinin tikintisinə rəsmi olaraq start verilib.
EDnews xəbər verir ki, açılış mərasimində İranın vitse-prezidenti Həmid Purməhəmmədi Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərmast, İran Xarici İşlər Nazirliyinin müavini və İranda keçmiş səfir Mehdi Sübhani, Ermənistan baş nazirinin müavini Mqer Qreqoryan və Regional İdarəetmə və İnfrastruktur naziri David Xudatyan iştirak ediblər.
Təxminən 400 milyon ABŞ dolları dəyərində olan layihə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) tərəfindən ayrılmış 200 milyon dollarlıq kredit və Ermənistan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçirilir.
Məlumata görə, yeni tunelin istismara verilməsi İran sərhədi ilə Kacaran şəhəri arasındakı məsafəni 14 kilometr qısaldacaq və səyahət müddətini təxminən 40 dəqiqə azaldacaq.







