Kaya Kallas bildirib ki, Aİ Venezuelada baş vermiş dağıdıcı zəlzələdən sonra humanitar dəstək məqsədilə 5 milyon avro vəsait ayırıb.
EDnews xəbər verir ki, Kallas qeyd edib ki, ayrılan maliyyə yardımı zəlzələdən zərər çəkmiş əhaliyə təcili humanitar yardımın göstərilməsi, xilasetmə əməliyyatlarının dəstəklənməsi və zəruri ehtiyacların qarşılanmasına yönəldiləcək.
Aİ rəsmisi həmçinin vurğulayıb ki, Avropa İttifaqı təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində Venesuela xalqı ilə həmrəyliyini davam etdirəcək.







