Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.
EDnews "APA"-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.
Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.
Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.
Faktla bağlı araşdırma aparılır.







.jpg)

