Azərbaycanda daşınmaz əmlak qaydalarının pozulmasına görə vəzifəli şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq.
EDnews xəbər verir ki, bu barədə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və məlumatların informasiya sisteminə vaxtında daxil edilməməsi inzibati məsuliyyət yaradır.
Belə hallarda müvafiq dövlət orqanlarına ünvanlanan sorğulara gec cavab verən vəzifəli şəxslərə xəbərdarlıq və ya 250–400 manat məbləğində cərimə tətbiq ediləcək.








