Ermənistanın Lori bölgəsində baş verən silahlı insident nəticəsində bir nəfər yaralanıb.
EDnews “Shamshyan.com” saytına istinadən xəbər verir ki, hadisə iyulun 16-da baş verib.
Məlumata görə, Stepanavan Tibb Mərkəzindən polisə güllə yarası alan bir kişinin xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı yaralının 30 yaşlı Yerevan sakini Gevorq T. olduğu müəyyənləşdirilib. Onun xəstəxanaya Lori bölgəsinin Ovardzi kəndindən gətirildiyi bildirilir.
Hadisə ilə bağlı Stepanavan İstintaq İdarəsində cinayət işi başlanıb. İstintaq çərçivəsində insidentin bütün hallarının, hadisədə iştirak edən şəxslərin kimliyinin və istifadə olunan silahın yerinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.







