Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib.
EDnews xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Saziş Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi üzərindən birləşdirəcək nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam həyata keçirilməsi üçün tərəflər daha iki sənəd – səhmdarlar arasında sazişi və layihənin inkişafı üzrə şirkətin nizamnaməsini də imzalamalıdır.
Xatırladaq ki, sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb.







