Almaniya kansleri Fridrix Merts Rusiyanın Avropada hərbi təcavüzünü genişləndirməyə hazırlaşdığını iddia edib.
EDnews xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, Moskvanın planları təkcə Ukrayna ilə məhdudlaşmır.
“Rusiyanın gələcək təcavüzə hazırlaşdığını açıq şəkildə görürük. Bu təhlükə Baltikyanı ölkələrə, Moldovaya və Avropanın digər bölgələrinə də yönəlib”, – deyə kansler bildirib.








