İsveç Ukraynanın bərpasına dəstək məqsədilə Dünya Bankının yeni mexanizmi çərçivəsində 1,4 milyard kron (təqribən 127 milyon avro) ayırıb.
EDnews xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, bu gün ölkə hökuməti vəsaitin ayrılmasını təsdiqləyib. Bu töhfə sayəsində Ukraynanın bərpa və yenidənqurma layihələrinə ümumi məbləği təxminən 4,2 milyard kron (380 milyon avro) olan kreditlərin verilməsi mümkün olacaq.







