Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
EDnews-un əldə etdiyi məlumata görə, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb.
Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər - onun həmyerliləri, 2003-cü il təvəllüdlü Aydın Əhmədov və qardaşı, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.






