Türk dünyasının informasiya birliyi Şuşadan başlayır - MÜSAHİBƏ

Türk dünyasının informasiya birliyi Şuşadan başlayır <span class="text-danger">- MÜSAHİBƏ</span>

Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin bir araya gəldiyi, qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biridir. Forum, eyni zamanda, Azərbaycanın və Qarabağın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, media diplomatiyasının gücləndirilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə istiqamətində fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.

EDnews AK Partiyanın İstanbul Vilayət Təşkilatının sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Şöbəsinin rəhbəri Mehmet Şahının bu barədə fikirlərini öyrənib. 

Mehmet-.ahin

– IV Şuşa Qlobal Media Forumunu və onun əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Şuşa Qlobal Media Forumu qardaş Azərbaycanın qısa müddət ərzində beynəlxalq media diplomatiyası sahəsində nə qədər güclü iradə nümayiş etdirdiyinin ən bariz göstəricilərindən biridir. Bu il dördüncü dəfə keçirilən forum 13-14 iyul 2026-cı il tarixlərində “Medianın sülhü təşviq etmək missiyası: Həqiqəti yenidən üzə çıxarmaq və etimadı bərpa etmək” mövzusu ilə 53 ölkədən 160-a yaxın iştirakçını bir araya gətirib.

Bir vaxtlar işğal altında olan Şuşanın bu gün qlobal media gündəminin mərkəzlərindən birinə çevrilməsi özlüyündə tarixi mesajdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən iştirakı ilə keçirilən bu forum “Bir millət, iki dövlət” anlayışı çərçivəsində qardaşlığımızın yalnız siyasi deyil, həm də mədəni və kommunikasiya sahələrində necə dərinləşdiyini göstərir. Türkiyə olaraq Azərbaycanın bu uzaqgörən addımını ürəkdən dəstəkləyir və bununla qürur duyuruq.

– Türk dünyasında dezinformasiya və saxta xəbərlərlə mübarizə üçün ortaq media platformasına ehtiyac varmı?

– Şübhəsiz ki, belə bir ehtiyac var və bu, artıq təxirə salına bilməyəcək zərurətə çevrilib. Türk dünyası ortaq tarixi, dili və sivilizasiya kökləri ilə geniş bir mənəvi coğrafiyanı əhatə edir. Lakin bu coğrafiyaya yönələn informasiya axını çox vaxt kənardan, bizim dəyərlərimizi və həqiqətlərimizi nəzərə almayan gündəmlər əsasında formalaşdırılır. Dezinformasiya da məhz bu boşluqdan istifadə edərək yayılır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində bu istiqamətdə güclü institusional iradə artıq ortaya qoyulub. Bu gün ehtiyac duyduğumuz əsas məsələ həmin iradəni praktik müstəvidə dəstəkləyəcək ortaq məlumat yoxlama və əməkdaşlıq infrastrukturunun yaradılmasıdır. Bu, hər bir ölkənin suverenliyini vahid mərkəzə həvalə etdiyi struktur olmamalıdır. Əksinə, müstəqil media qurumlarımızın bir-biri ilə əlaqə yarada bildiyi, ortaq doğrulama mexanizmləri formalaşdırdığı həmrəylik modeli olmalıdır. Forumda media təlimlərinin, qurumlararası əməkdaşlığın və dezinformasiya ilə birgə mübarizənin əsas prioritetlər kimi önə çıxması da bu ehtiyacı bir daha təsdiqləyir.

– Forumun Azərbaycan və Qarabağ həqiqətləri barədə beynəlxalq informasiya məkanında məlumatlılığın artırılması baxımından əhəmiyyəti nədən ibarətdir?

– Bu, forumun bəlkə də ən dəyərli töhfələrindən biridir. Beynəlxalq media nümayəndələrinin birbaşa Şuşada qəbul edilməsi uzun illər təhrif olunmağa çalışılan həqiqətlərin yerində və canlı şəkildə görülməsinə imkan yaradır. Qarabağ işğaldan azad edildikdən sonra həmin ərazilərdə aparılan yenidənqurma və dirçəliş prosesini dünyaya ən təsirli şəkildə məhz bu cür təmaslar vasitəsilə çatdırmaq mümkündür.

İndiyədək keçirilən forumlarda 81 ölkədən təxminən 600 media nümayəndəsinin Şuşada bir araya gəlməsi bu istiqamətdə formalaşan məlumatlılığın ildən-ilə artaraq böyük təsir gücünə çevrildiyini göstərir. Birtərəfli yanaşmaların və ədalətsiz təbliğatın ən təsirli cavabı məhz hadisə yerində qurulan səmimi və dürüst təmaslardır. Azərbaycan bu forum vasitəsilə yalnız öz haqlı mövqeyini deyil, eyni zamanda sülh, media diplomatiyası və etimadın qurulması kimi ümumbəşəri dəyərləri də dünyaya çatdırır.

– İstanbul dünyanın, eləcə də Türk dünyasının ən mühüm şəhərlərindən biridir. Partiyanız adından bu istiqamətdə həyata keçirdiyiniz fəaliyyətlər barədə məlumat verə bilərsinizmi?

– İstanbul sivilizasiyamızın paytaxtı, Türk dünyasının isə mənəvi mərkəzidir. AK Partiyanın İstanbul Vilayət Təşkilatı olaraq Türk dünyası ilə əlaqələri partiyamızın ən prioritet gündəm istiqamətlərindən biri hesab edirik. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlətimizin ortaya qoyduğu güclü vizyonu İstanbulda vətəndaş cəmiyyəti və ictimai müstəvidə daha da möhkəmləndirmək üçün fəaliyyət göstəririk.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

İran Küveytə dron hücumu etdi
15:43
Bakı və Moskva arasında dialoq: Ceyhun Bayramovun Rusiyaya səfəri nə vəd edir?
15:40
38 yaşlı kişini CƏRƏYAN VURUB ÖLDÜRDÜ
15:19
Bakıdan Balakənə gəlmək istəyənlərin DİQQƏTİNƏ! - QATAR OLMAYACAQ
15:12
İsveçdən Ukraynaya 127 milyonluq yardım
14:50
Yayda niyə qidadan zəhərlənirik? - BU SƏHVLƏRİ ETMƏYİN
14:45
Naxçıvanda əhalinin sayı açıqlandı
14:30
Ermənistan TRIPP üzrə ABŞ ilə çərçivə sazişinin ratifikasiyasını təsdiqlədi
14:23
Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı
14:14
Ukrayna 501 cəsədi Rusiyaya təvil verdi
14:10
Ukraynada yeni baş naziri Sergey Koretski oldu
14:03
"İnsanlar anlamalıdırlar ki, yas mərasimləri yemək üçün deyil!" - Millət vəkili SƏRT DANIŞDI
13:58
Türk dünyasının informasiya birliyi Şuşadan başlayır - MÜSAHİBƏ
13:43
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
13:00
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
12:46
Tahir Salahovun ev-muzeyi “Baku Steel Company”nin dəstəyi ilə yenilənəcək
12:37
Putin və Netanyahunun həbsinə qərar verən məhkəmə ləğv edilir?
12:28
Kişinyov Qaqauziyanın səlahiyyətlərini niyə məhdudlaşdırır? - RƏY
12:20
Kral uduzan milliyə təsəlli verdi
12:16
Zelenski onu vəzifəsindən uzaqlaşdırdı, xalq ayağa qalxdı
12:07
Silvio Berluskoninin 500 milyon avroluq dəbdəbəli malikanəsi – FOTOLAR
11:51
Arzumun məhkəməsinin tarixi açıqlandı
11:45
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
11:43
Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar
11:37
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
11:32
“Daçnik” də 1 nəfər batıb
11:28
Bakıda qısaqapanma YANĞINA SƏBƏB OLDU
11:21
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının uzanması Trampı narahat etməyə başlayıb
11:16
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
11:11
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
11:08
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
11:06
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb
11:05
Zərdabda avtomobil ağaca çırpıldı: Üç nəfər xəsarət aldı
11:02
Bu ay Elm və Təhsil Nazirliyinə 47 483 vətəndaş müraciəti daxil olub
11:00
Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI
10:54
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
10:49
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
10:46
Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
10:39
Polis 10 mindən çox yabanı çətənə kolunu məhv edib
10:37
Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək"
10:35
Yanğın təhlükəsi olan sexin fəaliyyəti dayandırıldı - Video
10:31
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı
10:29
Starmer Kiyevə gedib
10:19
Elvin Məmmədxanova VƏZİFƏ VERİLDİ
10:17
Türkiyədə tanınmış müğənni və prodüserlər SAXLANILIB
10:15
13 yaşlı oğlan qıcolmadan öldü
10:14
Yüz il əvvəlki Bakı ruhundan yeni yüzilliyə doğru - İnkyonq Oh yazır...
10:00
Azərbaycan nefti cüzi bahalaşıb
09:55
Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salınıb
09:53
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
09:47
Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb
09:45
Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb
09:38
Dünya bazarlarında neft ucuzlaşır
09:25
Amasyada ikimərtəbəli sərnişin avtobusu aşdı: Əlliyə yaxın yaralı var
09:22
Merts: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır
09:16
Soyuq əllər təhlükəli xəstəliklərin əlamətidir
09:11
Orbitdə ilk dəfə rentgen çəkdilər
09:06
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - Video
09:00
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
08:53
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
08:47
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR