Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.
EDnews xəbər verir ki, bu barədə məlumatı "ABC" nəşri yayımlayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Te-Anau şəhərinin 40 kilometr şimalında yerləşib.
Cənub adasında, Milford Saunddan Pyuysequr burnunadək olan qərb sahil zolağının zərərçəkmə ehtimalı istisna olunmur.
Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi isə həmin ərazilərdə su basma riskinin böyük olduğunu açıqlayıb. Təşkilat əhaliyə mümkün qədər tez bir zamanda yaxınlıqdakı hündür ərazilərə sığınmağı tövsiyə edib.







