Bakı şəhərinin ərazisində prokurorluq və daxili işlər orqanları üzrə 2026-cı ilin birinci yarım ilində cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.
EDnews xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, onların 93,2 %-nin açılması təmin olunub.






