Bayramovun Moskva səfərinin PƏRDƏARXASI - “Bu, təsadüfi deyil!”

Bayramovun Moskva səfərinin PƏRDƏARXASI <span class="text-danger">- “Bu, təsadüfi deyil!”</span>

Ceyhun Bayramovun Moskvaya səfəri və Lavrovla görüşü Azərbaycan-Rusiya münasibətlərini diplomatik kanallar vasitəsilə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Politoloq Rəşad Bayramov EDnews-a açıqlamasında bildirib ki, səfər son dövrdə Bakı ilə Moskva arasında müəyyən fikir ayrılıqlarının müşahidə olunduğu bir dövrə təsadüf edir.

Onun sözlərinə görə, görüşün əsas məqsədi münasibətlərdə yaranmış suallara aydınlıq gətirmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək və dialoq mexanizmlərini işlək vəziyyətdə saxlamaqdır.

resad-bayramli.jpg

Ekspert vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri bütün dövlətlərlə milli maraqlara əsaslanan balanslı münasibətlərin qorunmasıdır.

Onun fikrincə, Rusiya Azərbaycan üçün iqtisadi, humanitar və nəqliyyat sahələrində mühüm tərəfdaş olaraq qalır. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüququn prinsiplərini, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyini xarici siyasətinin əsas dayaqlarından biri hesab edir.

Rəşad Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Ukraynanın ərazi bütövlüyünə dəstəyi bir daha ifadə edərək, işğal faktı ilə barışmağın mümkün olmadığını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.

Politoloqun sözlərinə görə, bu mövqe Azərbaycanın Qarabağ məsələsində uzun illər müdafiə etdiyi prinsipial yanaşmanın məntiqi davamıdır. 

Onun fikrincə, məhz bu kontekstdə Ceyhun Bayramovun Moskva səfəri Azərbaycanın diplomatik kanallar vasitəsilə milli maraqlarını qorumaq strategiyasının davamı kimi qiymətləndirilməlidir. Dövlətlərarası münasibətlərdə fikir ayrılıqlarının olması dialoqun dayandırılması deyil, əksinə, daha intensiv diplomatik təmasların aparılmasını zəruri edir.

Politoloq hesab edir ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti ilə yanaşı, regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda sülh prosesi, Ermənistanla Azərbaycan arasında normallaşma gündəliyi, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi əməkdaşlıq müzakirə olunacaq. 

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsinin regional proseslərə təsiri və Rusiyanın Ukrayna ərazisində Azərbaycana məxsus obyektlərin zərər görməsi ilə bağlı məsələlərin də gündəmə gəlməsi ehtimal olunur.

Rəşad Bayramov sonda bildirib ki, bu səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək doğru olmaz. Onun sözlərinə görə, bu görüş daha geniş regional və qlobal proseslər fonunda Azərbaycanın öz mövqeyini çatdırması, qarşılıqlı maraqları qoruması və mürəkkəb geosiyasi şəraitdə diplomatik manevr imkanlarını saxlaması baxımından mühüm platformadır.

Xəbər xətti

Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər SAXLANILIB
18:55
İlham Əliyev Donald Trampa təşəkkür edib
18:45
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub - FOTOLAR
18:39
Bakıda cinayət statistikası AÇIQLANDI
18:32
AKİ-də yeni sədr niyə təsdiqlənmir? - AÇIQLAMA
18:20
Bayramovun Moskva səfərinin PƏRDƏARXASI - “Bu, təsadüfi deyil!”
18:00
Bakıda bu ilin birinci yarısında törədilən cinayətlərin sayı açıqlandı
17:53
Böyük Britaniya Ukraynaya 300 milyon avro ayırdı
17:33
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşdü
17:21
Sunami təhlükəsi elan edildi
17:11
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
17:03
Bakıda açıq ərazidə yanğın başlayıb
16:44
Kəlbəcərdə çayda batan azyaşlının MEYİTİ TAPILDI
16:33
Satıcı var, alıcı yoxdur: Meyvə-tərəvəz niyə “od qiymətinədir?”
16:30
IV Şuşa Qlobal Media Forumundan çıxarışlar
16:14
Azərbaycanda iki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaqlar
16:10
İran Küveytə dron hücumu etdi
15:43
Bakı və Moskva arasında dialoq: Ceyhun Bayramovun Rusiyaya səfəri nə vəd edir?
15:40
38 yaşlı kişini CƏRƏYAN VURUB ÖLDÜRDÜ
15:19
Bakıdan Balakənə gəlmək istəyənlərin DİQQƏTİNƏ! - QATAR OLMAYACAQ
15:12
İsveçdən Ukraynaya 127 milyonluq yardım
14:50
Yayda niyə qidadan zəhərlənirik? - BU SƏHVLƏRİ ETMƏYİN
14:45
Naxçıvanda əhalinin sayı açıqlandı
14:30
Ermənistan TRIPP üzrə ABŞ ilə çərçivə sazişinin ratifikasiyasını təsdiqlədi
14:23
Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı
14:14
Ukrayna 501 cəsədi Rusiyaya təvil verdi
14:10
Ukraynada yeni baş naziri Sergey Koretski oldu
14:03
"İnsanlar anlamalıdırlar ki, yas mərasimləri yemək üçün deyil!" - Millət vəkili SƏRT DANIŞDI
13:58
Türk dünyasının informasiya birliyi Şuşadan başlayır - MÜSAHİBƏ
13:43
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
13:00
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
12:46
Tahir Salahovun ev-muzeyi “Baku Steel Company”nin dəstəyi ilə yenilənəcək
12:37
Putin və Netanyahunun həbsinə qərar verən məhkəmə ləğv edilir?
12:28
Kişinyov Qaqauziyanın səlahiyyətlərini niyə məhdudlaşdırır? - RƏY
12:20
Kral uduzan milliyə təsəlli verdi
12:16
Zelenski onu vəzifəsindən uzaqlaşdırdı, xalq ayağa qalxdı
12:07
Silvio Berluskoninin 500 milyon avroluq dəbdəbəli malikanəsi – FOTOLAR
11:51
Arzumun məhkəməsinin tarixi açıqlandı
11:45
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
11:43
Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar
11:37
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
11:32
“Daçnik” də 1 nəfər batıb
11:28
Bakıda qısaqapanma YANĞINA SƏBƏB OLDU
11:21
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının uzanması Trampı narahat etməyə başlayıb
11:16
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
11:11
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
11:08
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
11:06
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb
11:05
Zərdabda avtomobil ağaca çırpıldı: Üç nəfər xəsarət aldı
11:02
Bu ay Elm və Təhsil Nazirliyinə 47 483 vətəndaş müraciəti daxil olub
11:00
Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI
10:54
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
10:49
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
10:46
Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
10:39
Polis 10 mindən çox yabanı çətənə kolunu məhv edib
10:37
Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək"
10:35
Yanğın təhlükəsi olan sexin fəaliyyəti dayandırıldı - Video
10:31
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı
10:29
Starmer Kiyevə gedib
10:19
Elvin Məmmədxanova VƏZİFƏ VERİLDİ
10:17
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR