Dubay hakimiyyəti şəhərin Dauntaun ərazisində partlayışların baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
EDnews xəbər verir ki, bu barədə əmirliyin hökumətinin mətbuat xidməti məlumat yayıb.
***
21:23
Dubayın mərkəzində güclü partlayış səsləri eşidilib.
EDnews xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Məlumata görə, partlayış səsləri İranın Birləşmiş Ərəb Əmirliklərindəki hədəflərə qarşı yenidən hücumlara başlaması fonunda eşidilib.
Şahidlər şəhər üzərində raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildiriblər.







