Tehranda baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.b
EDnews xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Bildirilib ki, texniki nasazlıq səbəbindən yolun kənarında dayanmış avtobus naməlum səbəbdən qəfil hərəkətə başlayıb. Avtobus qısa məsafə qət etdikdən sonra 5 motosiklet və 2 minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb, motosikletlərdən biri isə yanıb.
Tehran Yanğınsöndürmə Xidmətinin məlumatına əsasən, hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra sürətli avtobusların hərəkəti bərpa olunub və marşrut üzrə nəqliyyatın hərəkəti fasiləsiz davam edir.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.






