“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.
EDnews xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda “Torpedo” ilə üz-üzə gələcək.
Kutaisidəki “Şengeliya Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.
Cütün qalibi növbəti mərhələdə “Hegelmann”(Litva) – “Payde” (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.
20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)
Baş hakim: Mihali Kapray.
İlk oyun - 0:3.
20:19
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
EDnews xəbər verir ki, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.
Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.
Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.







