Aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” proqramının yayımı dayandırılıb.
EDnews Axşam.az-a istinadən məlumatına görə, aparıcı proqramını yenidən çəkməyə başlayıb. Bildirilir ki, Hidayətqızı verilişin yeni bölümlərini yutub kanalında yayımlayır.
Yeni yayımlanan bölümlərdə Xoşqədəm Hidayətqızının proqram zamanı yarımçıq qalan axtarışları və müraciətləri davam etdirdiyi görünür. Aparıcı əvvəlki mövzular üzrə problemlərin həlli istiqamətində işini yeni platformada sürdürür.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı “Səni axtarıram”la yanaşı, “Günaydın, Azərbaycan” proqramının da aparıcısı idi. O, bu televiziya mövsümündə həmin verilişdən uzaqlaşıb.
Hazırda “Səni axtarıram” proqramının televiziya yayımına qayıdıb-qayıtmayacağı ilə bağlı əlavə məlumat yoxdur.







