İspan moda nəhəngi "Mango"nun qurucusu İsak Andiç Ermayın ölümü ilə bağlı araşdırma geniş rezonans doğurub.
EDnews xəbər verir ki, İspaniya mediasının yaydığı məlumata görə, iş adamının oğlu Conatan Andiç atasının ölümündə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda istintaq orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Rəsmi qurumlar tərəfindən hadisənin motivi və digər detallarla bağlı hələlik geniş məlumat açıqlanmayıb.
Qeyd edək ki, İsak Andiç Mango brendinin qurucusu və İspaniyanın ən tanınmış iş adamlarından biri hesab olunurdu. Moda sahəsində qurduğu beynəlxalq şirkət dünyanın onlarla ölkəsində fəaliyyət göstərir.
Hadisə İspaniya biznes və moda dünyasında böyük səs-küyə səbəb olub.







