Avtonom nəqliyyat vasitələri üçün YENİ TƏLƏBLƏR

Avtonom nəqliyyat vasitələri üçün <span class="text-danger">YENİ TƏLƏBLƏR</span>

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur.

EDnews xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsi avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən, insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən , yol hərəkətinin təhlükəsizliyi pozulduqda və ya avtonom nəqliyyat vasitəsində nasazlıq yarandıqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən, avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan mülki təyinatlı nəqliyyat vasitəsidir.

Avtonom nəqliyyat vasitəsinin operatoru avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir. Məsafədən idarəetmə mərkəzi avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir.

Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.

Avtonom nəqliyyat vasitəsi müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılır. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə bilər. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir.

İdarəetməyə nəzarət mərkəzinin aşağıdakı vəzifələri var:

1) avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);

2) avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;

3) aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:

- avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;

- avtonom nəqliyyat vasitəsinin müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;

- yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.

Avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri var:

1) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;

2) avtonom nəqliyyat vasitəsinin istismarıtəhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;

3) avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;

4) avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;

5) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;

6) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin nəzərdə tutulan tələblərə uyğun fəaliyyətinə nəzarət etmək;

7) avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

Layihəyə əsasən, “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” da müəyyənləşir. Avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər xətti

Sabahın havası AÇIQLANDI
13:11
Balıqçılıq məhsullarına yeni satış qaydası MÜƏYYƏNLƏŞDİ
13:05
Bir kvadratmetri 1200-1800 manat: Bakıda ev qiymətləri niyə "əl yandırır" ?
13:00
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
12:56
Azərbaycanın mesajı İsrailə çatdı! Qondarma “erməni soyqırımı”na DAHA BİR ZƏRBƏ
12:50
Onlayn qumar oyunları ilə bağlı CƏZALAR SƏRTLƏŞDİRİLİR - 4 İLƏDƏK HƏBS
12:48
Nobel Sülh Mükafatı laureatı Umud Mirzəyevə təşəkkür məktubu ünvanladı - FOTO
12:39
Bu ərazidə yeni avtomobil körpüləri tikilir
12:31
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
12:11
Hesablama Palatasına yeni səlahiyyət verilir
11:43
Mülki PUA-larla bağlı YENİ QAYDA
11:33
Avtonom nəqliyyat vasitələri üçün YENİ TƏLƏBLƏR
11:23
Milli Məclisin iclası BAŞLADI
11:16
Şüvəlan dənizində batan 19 yaşlı qızın axtarışları DAVAM ETDİRİLİR
11:12
Şiraza ağır zərbələr: SEPAH komandiri öldürüldü
10:57
Tramp NATO sammitində niyə İrana zərbə əmrini verdi? – SƏBƏBİ AÇIQLANDI
10:46
Çayxanada söhbət qanlı bitdi: SİFƏTİNƏ BIÇAQ VURDU
10:39
Bu günə olan HAVA PROQNOZU
10:36
ADB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı SABİT PROQNOZ
10:30
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
10:24
ABŞ səfirliyi: AECOM TRIPP layihəsini qiymətləndirib
10:19
Türkiyə Rusiyadan aldığı "S-400"ləri satıb
10:16
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:11
İran Trampa sui-qəsd hazırlayıb: İsrail üstünü açdı
10:05
Bakıda velosiped və skuter sürənlərə ŞAD XƏBƏR
09:53
Azərbaycan və Serbiya kibertəhlükəsizliyi müzakirə etdi
09:47
Neftin qiyməti 77 dollara yaxınlaşdı
09:25
Sürücülərin nəzərinə: BU YOLLARDA TIXAC VAR
08:57
Almeriyada dəhşətli meşə yanğını: 12 nəfər həyatını itirdi
08:49
İçinə cəmi bir dodaq boyası sığır, qiyməti isə 2 milyon dollardır!-Fotolar
08:37
Bitcoin bahalaşdı, kriptobazarın dəyəri 2,19 trilyon dollara çatdı
08:15
Gəncədə yeniyetmələr arasında qanlı insident: 16 yaşlı oğlan bıçaqlandı
07:47
Bu bürclər yaxın günlərdə sürprizlərlə qarşılaşa bilər
07:45
Paytaxt sakinlərinə vacib xəbər: Bu ünvanlarda elektrik olmayacaq
07:35
Porsche satışlarında kəskin eniş: Son 6 ilin ən zəif göstəricisi qeydə alındı
07:17
Fransada rekord istilər: Dünyanın ən məşhur muzeyi erkən bağlanacaq
07:10
Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video
07:00
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
06:45
Sakinlərin diqqətinə: Bu rayonlarda işıq olmayacaq
06:28
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
06:24
Kerem Bürsin Rusiya filmində çəkiləcək
06:20
Bu ay tarixə düşdü
06:17
“Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
06:10
“Məhəmməd” yenə birinci oldu
06:05
Çuğundurun gözlənilməyən yan təsirləri
03:35
Gündə 10 min addım gəzmək orqanizmə necə təsir edir?
03:00
Alimlərdən daha bir ilk
02:30
Xameneinin dəfnindən sonra Məşhəddə atışma: iki nəfər ölüb
02:04
Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
00:29
Fransa - Mərakeş oyunu BAŞLADI
00:09
10.07.2026
ABŞ bazalarına İran zərbələri – Bəzi hədəflər vuruldu
23:57
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
23:37
Ərdoğan: Ukrayna üçün sülh kanalları AÇIQDIR
23:27
İranda PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
23:05
Volodimir Zelenskidən Azərbaycan və Türkiyəyə TƏŞƏKKÜR
23:03
Məşhur aktyor axtarışa verildi
22:50
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
22:47
Dilində sərvət daşıyır - Foto
22:42
Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
22:26
Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgiləyib"
22:19
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR