Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
EDnews xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyyəsindən bıçaq yarası alıb.
Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.





