Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üçün kommunikasiya kanallarını açıq saxlayır.
EDnews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçirilən NATO sammitinin yekunlarını şərh edərkən bildirib.
“Türkiyə Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün kommunikasiya kanallarını açıq saxlayır, İran-ABŞ prosesində isə diplomatiya və dayanıqlı sülhü müdafiə etməyə davam edir”, - deyə o, "X" hesabında yazıb.







