Vaqif Poeziya Günləri bu tarixlərdə keçiriləcək

Vaqif Poeziya Günləri bu tarixlərdə keçiriləcək

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

Bu barədə EDnews-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Poeziya bayramı iyulun 16-sı M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlayacaq, iyulun 17-si isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək.

Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – “Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək.

Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. 

Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq.

Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb. 

Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. 

Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.

Bildirək ki, Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı bağlı prioritet hədəflər konteksində xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Eyni zamanda dahi siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı...

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.

Xəbər xətti

TƏCİLİ! Bakıda kişi keçmiş arvadını KÜÇƏDƏ ÖLDÜRDÜ-FOTO
17:31
Bu müəllimlərin MİQ imtahanında ŞANSI DAHA ÇOXDUR
17:26
Bakıda təmir gedən yollar açıqlanıb
17:15
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
17:15
NATO-nun qırıcısı qəza enişi edərkən yandı
17:09
Məşhur park baxımsız qalıb - FOTO
17:00
Rusiyaya məlumat ötürən ər-arvadın cəzası AÇIQLANDI
16:46
Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi
16:36
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
16:32
Vaqif Poeziya Günləri bu tarixlərdə keçiriləcək
16:28
Hərbi ekspertdən XƏBƏRDARLIQ: “Ən təhlükəli ssenari bu olacaq"
16:20
Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"
16:07
ABŞ Buşehr və Kirmanı “Tomahavk”la vurur
16:07
Hindistanda möcüzəvi xilas: Çoban hücum edən şiri belə sakitləşdirdi - VİDEO
15:57
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK
15:47
İran ABŞ-ni Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:42
Komissiya sədri: Kiberhücumların sayı sürətlə artır
15:38
Sabiq icra başcısının oğlunun iki milyon manatı yoxa çıxıb: Əlbir olub Türkiyəyə qaçırtdılar
15:34
Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı- Fotolar
15:24
Azərbaycanlı müğənninin ölkədən çıxışına "stop" qoyuldu
15:20
“İki sahil” qəzeti 35 yaşını qeyd edir
15:18
ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI - FOTO
15:18
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - Fotolar
15:10
“Ərəb ölkələrinin İranla müharibə aparmaq potensialı yoxdur” - Ekspert
15:00
75 nəfərə qanunsuz torpaq satışı iddiası – BƏLƏDİYYƏ SƏDRİNƏ AĞIR İTTİHAM
14:48
Ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib - RƏSMİ
14:45
DİN-də 6 ayın yekunları müzakirə olundu
14:38
Deşam: “Hakimə yox, Mərakeşə qarşı oynayacağıq”
14:31
Bu rayonlarda qaz olmayacaq – SİYAHI
14:30
MİQ imtahanlarının TARİXİ AÇIQLANDI
14:24
Naxçıvanlı sərnişin Türkiyədə DÖYÜLDÜ - FOTO
14:06
"Arzum9999" üçün imza toplanır - Azadlığa çıxacaq?
14:03
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur
14:00
ABŞ-də sərnişin avtobusu binaya çırpıldı: YARALILAR VAR
13:58
"Tasnim": SEPAH iki terror qruplaşmasını MƏHV EDİB
13:53
Günəşdə yenidən GÜCLÜ PARTLAYIŞ OLDU
13:51
Məşhur müğənni Bonni Tayler vəfat etdi
13:33
Cənubi Koreyanın sabiq rəhbərinə yeddi il həbs cəzası verildi
13:30
61 yaşlı qadın evində ölü tapıldı
13:22
DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
13:20
Paşinyan Simonyanın istefasından danışdı
13:15
Belçikalı nazir Atatürkə görə üzr istədi - FOTO
13:10
Rəsmi Tehrandan ABŞ hücumlarına REAKSİYA
13:08
Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı
13:02
Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 variant var - Paşinyan
12:52
Ermənistanın yeni konstitusiyası bu tarixdə dərc olunacaq
12:39
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33
37 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:30
Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
12:27
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq
12:22
Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”
12:18
ABŞ Almaniyada raketlər YERLƏŞDİRƏCƏK
12:16
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
12:12
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR - VİDEO
12:07
Azərbaycanın “Zəngəzur” gəmisi Britaniya sanksiyalarından AZAD EDİLDİ
11:59
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
11:55
Pezeşkianla Əraqçi izdihamın arasından çətinliklə çıxarıldı - Video
11:51
Tramp sərt danışdı: “Bu qərar Amerikanın məhvinə səbəb ola bilər”
11:46
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı
11:40
Əli Xameneinin cənazəsini daşıyan təyyarə MƏŞHƏDDƏDİR
11:38
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR