İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi izdihamın arasından çətinliklə çıxarılıblar.
EDnews xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
“İran İnternational” nəşrinin məlumatına görə, ölkənin mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İraqa səfər etmiş rəsmilər ABŞ-nin dünən İrana zərbələr endirməsindən sonra çətinliklə izdihamlı ziyarətgahdan çıxarılıblar.
“Azad İran” “Telegram” kanalı isə onların İran hakimiyyətinə bağlı radikal qrupun hücumuna məruz qaldığını iddia edib.
Xatırladaq ki, ötən gün Nəcəf şəhərində Əli Xamenei ilə vida mərasimi keçirilib. Bu gün onun Məşhəd şəhərində dəfn olunması planlaşdırılır.






