Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.
EDnews xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək. İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam isə AVAR olacaq.
Qeyd edək ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.







