ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlarla İran arasında tammiqyaslı münaqişənin yenidən başlayacağını hələlik demək olmaz.
EDnews-un məlumatına görə, o, bunu NATO-nun Türkiyədəki sammitindən sonra təyyarəsində jurnalistlərə bildirib.
"Bilmirəm", - Tramp genişmiqyaslı hərbi əməliyyatların yenidən başlama mümkünlüyü ilə bağlı suala cavabını verib.
Lakin Amerika lideri yeni tammiqyaslı münaqişənin baş verəcəyi təqdirdə, ABŞ-nin çox tez qalib gələcəyini bildirib.







