ABŞ Prezidenti Donald Tramp Ankarada sammitdən sonra keçirdiyi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
EDnews “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, çıxışı zamanı özünü Vladimir Lenin ilə müqayisə edərək zarafatla ən böyük kommunist olduğunu bildirib.
Tramp həmçinin özünü “TikTok”da bir nömrə adlandırıb.
Onun sözlərinə görə, etdiyi hər şey kommunizmdən danışmaqla bağlıdır və məhz bu mövqeyi sayəsində Amerika vətəndaşları onu prezident seçiblər.







